Hansı rayonlarda orta aylıq pensiya daha yüksəkdir? – SİYAHI

Hansı rayonlarda orta aylıq pensiya daha yüksəkdir? – SİYAHI

Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 201 min 327 nəfər pensiyaçı olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, rəsmi statistikaya görə, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 330 manat 61 qəpik olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 437 manat 34 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Beyləqanda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 356 manat 5 qəpik olub. Beyləqan rayonundan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Zəngilan (319.07 manat) və Naxçıvan (306.69 manat) ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 257 manat 36 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Ağdaş (259.88 manat) və Qubadır (260.03 manat)

 

Mənbə: fed.az