Maliyyə bazarlarında ticarət aktivliyi azalıb

Maliyyə bazarlarında ticarət aktivliyi azalıb

Texniki və fundamental səbəblərə görə maliyya bazarlarında ticarət aktivliyinin azaldığı müşahidə edilir. Buna cari ilin bitməsinə sayılı günlərin qalması da təsir edir. Avrozona və İngiltərə kimi aparıcı iqtisadiyyatlarda risklərin artması və FED-in sərt monetar siyasətə daha tez başlaması, EUR/USD və GBP/USD kimi önəmli valyuta maliyyə aktivlərdə ucuzlaşma müşahidə edilirdi. Lakin son günlər siyasi və iqtisadi risklərin nisbətən azalması xəbərlərin gəlməsi, tendensiyanın zəifləməsinə və dayanmasına səbəb olmaqdadır.

Təhlillərə əsasən, aparıcı fundamental göstəricilərdə dayanıqlı inkişaf müşahidə edilənə kimi EUR/USD 1.15$-a kimi korreksiya, GBP/USD məzənnəsi isə 1.32$-da dəstək görə bilər. Qızılın qiyməti də 1782$-ın üzərində dəstək görərək dəyər qazanmağa başlayıb və tendensiyanın qorunacağı proqnozlaşdırılır.

Kriptovalyuta birjalarında da bitkoinin qiyməti son bir ayın dəstək səviyyəsinin üzərində dalğalanır və 60500$ önəmli müqavimət səviyyəsidir.

Mənbə: fed.az