ABŞ fond birjalarında rekord azalma

Bu gün ABŞ-ın əsas fond indekslərindən biri olan “Dow Jones”, yeni omikron koronavirus ştamının yayılması ilə bağlı xəbərlər fonunda 2,5% dəyərdən düşərək 34,899,34 səviyyəsinə enib.

“Report” xəbər verir ki, bu 2020-ci ilin oktyabrından bəri indiyədək ən pis göstəricidir.

Digər əsas ABŞ indeksləri də əhəmiyyətli dərəcədə azalıb.

“Nasdaq” elektron birjasının indeksi 2,2 faiz enərək 15 491,66 bəndə, “Standard & Poor 500” indeksi 2,3 azalaraq 4 594,62 bəndə düşüb.

Hər üç indeks üçün bu, bütün ticarət tarixində “Qara Cümə” günündə ən əhəmiyyətli enişdir. Adətən bu gün istehlakın kəskin sıçrayışı birjalara müsbət təsir göstərir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Fransada açıq havada maska taxmaq məcburi oldu

SONRAKI XƏBƏR

Gürcüstanda 200-dən çox məscid təmir olunub