İtaliya Afrikanın 7 ölkəsinə girişi qadağan edib

İtaliya Avropanın bir sıra digər ölkələrinin ardınca yeni koronavirus ştamı ilə bağlı Afrikanın 7 ölkəsinə girişi qadağan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Roberto Speranza bildirib.

Bunlar Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya, Esvatini Krallığıdır.

Nazir, həmçinin bildirib ki, italyan alimləri yeni ştamın tədqiqi üzərində işləyirlər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski

SONRAKI XƏBƏR

ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb