Hindistan dekabrın 15-dən beynəlxalq uçuşları bərpa edir

Hindistan dekabrın 15-dən beynəlxalq uçuşları bərpa edir

Hindistan höküməti dekabrın 15-dən bütün istiqamətlərə müntəzəm beynəlxalq uçuşların bərpasına icazə verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş Mülki Aviasiya Administrasiyası öz saytında məlumat yayıb.

Eyni zamanda qeyd edilir ki, COVID-19-a yoluxma halları ilə bağlı ən çətin vəziyyətin qaldığı ölkələrlə sərnişin dövriyyəsinin 50%-ə qədər azalacaq.

Qeyd edək ki, Hindistan koronavirusun yayılması səbəbindən 2020-ci ilin mart ayında müntəzəm beynəlxalq sərnişin reyslərini dayandırıb. Bundan sonra Hindistan digər ölkələrlə ikitərəfli müqavilələr çərçivəsində beynəlxalq uçuşlar həyata keçirir. Hazırda Hindistanın 28 ölkə ilə belə müqaviləsi var.

Mənbə: report.az