Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammının aşkar edilməsindən sonra Avropa, Amerika və Asiyada bir çox ölkələr sərhədlərdə məhdudiyyətlərlə bağlı qərar qəbul edir.

Alimlərin fikrincə, sözügedən ştamm mövcud peyvəndlərə qarşı dayanıqlı ola bilər. Bu isə Avropa və Asiyada yeni dalğa təhlükəsinə səbəb ola bilər.

Artıq Böyük Britaniya Cənubi Afrika ölkələrindən uçuşları məhdudlaşdırır. Sözügedən regiondan ölkəyə qayıdan britaniyalılar isə karantin müddətini keçməli olacaqlar. Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də Aİ-nin də CAR və ona qonşu ölkələrlə uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Hindistan hökuməti isə regionlar üçün CAR-dan və Cənubi Afrikanın digər ölkələrindən gələnlərin yoxlanılması ilə bağlı tövsiyə verib.

Bununla yanaşı, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Kanada, İsveçrə, Misir, ABŞ, Almaniya, İsrail, Sinqapur, Bəhreyn, İtaliya, Mərakeş, Fransa, Çexiya, Avstriya, Malayziya kimi çoxsaylı dövlətlər də Afrika, xüsusilə də CAR-dan bu ölkələrə uçuşlara məhdudiyyətlər tətbiq edib.

Mənbə: www.oxu.az