8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir

8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir

Bakı. Trend:

Noyabrın 29-dan Afrikanın 8 ölkəsinin vətəndaşları üçün ABŞ-a giriş qadağan ediləcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Cozef Baydenin administrasiyasındakı yüksəkvəzifəli mənbəyə istinadən "CNBC" telekanalı xəbər yayıb.

Məlumata əsasən, qadağa koronavirusun "omikron" adı almış yeni ştammı ilə bağlıdır və CAR, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi vətəndaşlarına şamil edirilir.

Mənbə: az.trend.az