Ermənistanın dövlət borcu 9,2 milyard dolları ötüb

Ermənistanın dövlət borcu 9,2 milyard dolları ötüb

Hökumətin səs-küylü bəyanatlarına baxmayaraq, Ermənistanın dövlət borcu artmaqda davam edir.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “news.am” nəşri yazıb.

Qeyd olunub ki, təkcə bu ilin 10 ayında Ermənistanın dövlət borcu 1,2 milyard ABŞ dolları və ya 15,6 faiz artaraq 9,2 milyardı ötüb.

Müəllif yazıb ki, bir tərəfdən Ermənistan Dövlət Gəlirləri Komitəsi vaxtaşırı misli görünməmiş vergi daxilolmaları ilə bağlı bəyanatlar verir, digər tərəfdən də hökumətin borcları sürətlə yığılmaqda davam edir.

“Bu o deməkdir ki, biz bu il ikirəqəmli iqtisadi artım əvəzinə, ikirəqəmli borc toplayacağıq”, - deyə nəşrin yazısında bildirilib.

Mənbə: ordu.az