Azərbaycanda metal məmulatların istehsalı 21 faiz artıb

Azərbaycanda metal məmulatların istehsalı 21 faiz artıb

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 874,1 milyon manatlıq məhsul istehsal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazır metal məmulatlarının istehsalı sahəsində 21,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,1 faiz artım müşahidə olunub.

Yanvar-oktyabr aylarında sahə üzrə 21177,7 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Mənbə: bizim.media