Sığortasız əkin sahələrinə subsidiya verilməyəcək VİDEO

Sığortasız əkin sahələrinə subsidiya verilməyəcək VİDEO

Sığortasız əkin sahələri üçün subsidiya almaq mümkün olmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, Aqrar Sığorta Fondunun İdarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, 10 hektardan artıq əkin sahələrinə malik olan fermerlər əkin subsidiyası almaqdan ötrü mütləq şəkildə sığortalanmalıdırlar.

Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıya şamil edilib.

Firdovsi Ağaşirinov bildirib ki, fermerlərin subsidiyadan kənarda qalmaması üçün bütün addımlar atılır - əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir.

Qeyd edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta olunmayan sahələr üçün əkin subsidiyası verilməyəcək.

 

 

Mənbə: big.az