Türkmənistan və Türkiyənin ticarət həcmi 5 milyard dollar çatacaq

Türkmənistan və Türkiyənin ticarət həcmi 5 milyard dollar çatacaq

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkmənistana səfər edib.

Modern.az xəbər verir ki, Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov nümayəndə heyətlərinin təkbətək görüşü və müqavilələrin imzalanması mərasimindən sonra birgə mətbuat konfransı keçirib.

Ərdoğan Türkiyənin Türkmənistanla ticarət həcmini 5 milyard dollara çatdırmaq üçün lazımi addımlar atılacağını bildirib.

“Biz enerji, eləcə də quru və hava nəqliyyatı sahəsində əməkdaşlığımızı yaxşılaşdırmaq üçün nə edə biləcəyimiz barədə fikir mübadiləsi apardıq. Tarixi-mədəni tərəfdaşlığa əsaslanan strateji əməkdaşlığımız çərçivəsində təhsil, mədəniyyət, gənclər və idman kimi insani sahələrdə də əlaqələrimizə yeni təkan verməyə razıyıq.

Bu gün imzaladığımız birgə bəyannamə 9 maddədən ibarətdir və bu sazişlə biz qardaş Türkmənistanla münasibətlərimizin müqavilə əsasını daha da möhkəmləndirmişik”, - deyə Ərdoğan qeyd edib.

Mətbuat konfransından sonra Berdiməhəmmədov tərəfindən Dövlət Ordeni ilə təltif edilən prezident bundan şərəf duyduğunu bildirib.

Akif İsmayılov

Mənbə: modern.az