Daha 3 ölkə Afrika ölkələri ilə aviaəlaqələri dayandırdı

Bu gün Səudiyyə Ərəbistanı, Küveyt və Oman koronavirusun “Omikron” ştammı ilə əlaqədar bir sıra Afrika ölkələri ilə aviaəlaqələri dayandırmaq barədə qərar qəbul ediblər.
Redaktor.az xəbər verir ki, Səudiyyə Ərəbistanı bu gündən Anqola, Zambiya, Mavrik, Seyşel və Komor adaları ilə aviaəlaqələri dayandırıb, bu ölkələrin vətəndaşlarının Səudiyyə Ərəbistanına səfəri qadağan olunub.
Bu ölkələrin vətəndaşları digər ölkələrdən Səudiyyə Ərəbistanına gələcəyi təqdirdə 14 gün, daha sonra isə əlavə 5 gün karantində qalmalıdırlar.
Küveyt hakimiyyəti də Botsvan, Zambiya, Zimbabve, Lesoto, Malavi, Mozambik, Nambiya, Esvatin və Cənubi Afrika Respublikası ilə aviaəlaqələri dayandırıb. Bu ölkələrin vətəndaşları Küveytə gələcəyi təqdirdə 14 gün karantində qalacaqlar.
Omana isə Botsvanı, Zimbabve, Lesoto, Mozambik, Namibiya, Esvatin və Cənubi Afrika Respublikasından sərnişin təyyarələri uçmayacaq.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Aşağı Bucaq kəndində müəmmalı yanğın: sahibkar qadını qətlə yetirib sonra yandırıblar? “BENZİN İYİNDƏN MEYİTƏ YAXIN DÜŞMƏK OLMURDU...”

SONRAKI XƏBƏR

"Çiçəyi ilk dəfə görəndə aşiq oldum" - Zaurdan ŞOK ETİRAF - VİDEO