Avropa İttifaqı Litvaya maliyyə yardımını artıracaq

Avropa İttifaqı Litvaya maliyyə yardımını artıracaq

Avropa İttifaqı miqrasiya böhranı ilə üzləşən Litvaya maliyyə yardımını 200 milyon avroya çatdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bəyan edib.

Onun sözlərinə görə, Litvaya qonşu Belarusla sərhədə nəzarət etmək üçün nəqliyyat vasitələri və müxtəlif avadanlıqlar formasında yardım ediləcək:

Qeyd edək ki, rəsmi Vilnüs daha çox layihə dəyəri 152 milyon avro olan Belarusla sərhəddə hasarın tikintisi üçün Aİ-nin maliyyələşdirməsində maraqlıdır. Litva bunun üçün qurumdan maliyyə yarıdımı almağa ümid edirdi, lakin Brüssel qeyd etdi ki, onlar maneələrin tikintisini maliyyələşdirmirlər.

Mənbə: report.az