Tvitter rəhbəri Cek Dorsi istefa verə bilər - KİV

Tvitter rəhbəri Cek Dorsi istefa verə bilər  - KİV

Tvitterin qurucusu Cek Dorsi tutduğu vəzifədən istefa verə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

“Tvitterin baş direktoru Cek Dorsinin baş direktor vəzifəsini tərk edəcəyi gözlənilir”, - telekanalın xəbərində deyilir.

Bu xəbərin fonunda şirkətin səhmləri ticarətdən əvvəl 11% bahalaşıb.

Birjaların açılışından sonra, axşam saatlarına olan məlumata görə, Tvitterin səhmləri 5,88% artaraq hər səhm üçün 49,84 dollar olub.

Mənbə: qafqazinfo.az