Çin Afrika ölkələrinə 1 milyard doza peyvənd tədarük edəcək

Çin hökuməti Afrika ölkələrinə daha 1 milyard doza peyvənd dərmanları göndərəcək.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Çin dövlət başçısı Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun 8-ci Nazirlər Konfransında bildirib.

2022-ci ilədək Afrika əhalisinin 60 faizinin peyvənd olunması üçün Çin daha 1 milyard doza dərman tədarük edəcək. Bunun 600 milyonu təmənnasız, 400 milyonu isə Çin və yerli şirkətlərin birgə istehsalı hesabına çatdırılacaq.

Çin lideri Afrika ölkələrində, həmçinin 10 səhiyyə layihəsi həyata keçirməyi, qitəyə səhiyyə sahəsində 1500-dək mütəxəssis göndərməyi nəzərdə tutduqlarını da diqqətə çatdırıb.

Bu ilin sentyabrında Çin hökuməti Afrika ölkələrinə 100 milyon doza peyvənd dərmanı göndərəcəklərini açıqlamışdı.

Dünyada koronavirusa qarşı peyvənd dərmanları istehsalının yarısından çoxu Çinin payına düşür.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İranda helikopter qəzaya uğradı

SONRAKI XƏBƏR

"Xərçəngi məhv edən virus yaradırıq" - Ölümsüzlüyü araşdıran azərbaycanlı alim