Cari ildə 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin yanvar-oktyabr ayları ərzində 247 308 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, bunun 53 738-i ilkin, 193 570-i isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4% artıb.

2021-ci ilin 10 ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 092-si Bakının, qalanları isə bölgələrin payına düşür.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8% artaraq 42 029 olub.

Twitter: @cingizsafarli

Trend.az

ƏVVƏLKİ XƏBƏR

BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI

SONRAKI XƏBƏR

Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz...