Azərbaycanda sığorta bazarına müstəqil ekspertlər cəlb ediləcək

Azərbaycanda sığorta bazarına müstəqil ekspertlər cəlb ediləcək

“Gələcəkdə Azərbaycanda sığorta hadisəsi baş verdikdə bunu sığorta şirkəti deyil, müstəqil ekspertlər qiymətləndirəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

“AMB bununla bağlı işlər həyata keçirir. Müstəqil ekspertlərə sığorta sektoru ilə bağlı A-dan Z-yə qədər hər şeyi öyrədəcəyik. Biz istəyirik ki, Azərbaycanda sığorta ekspertləri institutu olsun. Hazırda sığorta şirkətləri ilə sığortalılar rasında mübahisələr məhkəmələrdə həll edilir. Amma ekspert institutu olduqda, bu məsələlər məhkəməyə getmədən də həll ediləcək”, - o bildirib.

Mənbə: report.az