Lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki gəlirlərinə necə təsir göstərir?

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki fəaliyyəti hesabına kredit vəsaitlərinin bir hissəsini qaytarır.

Bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, SOCAR-ın Türkiyədəki investisiyaları özünü doğruldur və rentabellidir. Bundan başqa, şirkətdən əmindirlər ki, investisiyalar gələcəkdə də özünü doğruldacaq

"Biz artıq Türkiyədəki fəaliyyətimiz hesabına layihələrin maliyyələşdirilməsi üçün aldığımız kreditlərin bir hissəsini qaytarırıq. Biz hər zaman qardaş Türkiyəni dəstəkləyirik və onun iqtisadiyyatına inanırıq", - deyə İ.Əhmədov bildirib.

O qeyd edib ki, Türkiyə enerji daşıyıcıları, o cümlədən dizel yanacağının tariflərini bazara uyğunlaşdıra bilir.

 

"Türkiyə lirəsinin məzənnəsinin azalması bizim maliyyə hesabatımıza mənfi təsir edir və artıq hesabatda müəyyən itkilər görünür. Bu itkilər, əsasən valyuta məzənnələrindəki fərqlə əlaqəlidir. Bu, həmin göstərciyə təsir göstərən yeganə amil deyil. Məsələn, Gürcüstan və digər ölkələrdə milli valyutanın Azərbaycan manatına nisbətən mənfi məzənnəsi ola bilər. Hər hansı valyutanın Azərbaycan manatına nisbəti mənfi yöndə dəyişirsə, bu bizim hesabatda əksini tapır. Analoji şəkildə SOCAR-ın aktivləri azalır və ya artır", - deyə o, əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Dəniz olan səhnə sentyabrın sonlarında çəkilib, soyuqdan ikimiz də əsirdik..."

SONRAKI XƏBƏR

“Görülən tədbirlərə baxmayaraq, narkotik istifadəçilərinin sayı ilbəil artır” - Parlamentin komitə sədri