Azərbaycana “ağ qızıl”dan gələn valyuta - 200 Milyon Dolları Keçib

Azərbaycana “ağ qızıl”dan gələn valyuta - 200 Milyon Dolları Keçib

Bu ilin 10 ayında Azərbaycandan 104 min 719 ton pambıq lifi göndərilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2021-ci ilin yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 163 milyon 93 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 95 milyon 871 min dollarlıq 72 min 987 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 70%, miqdar ifadəsində isə 43.5% artıb.

Onu da qeyd edək ki, 10 ay ərzində Azərbaycandan 45 milyon 530 min dollarlıq 15 min 360 ton pambıq ipliyi ixrac edilib. 2020-ci ilin müvafiq dövründə isə pambıq iplik 13 milyon 589 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 6 min 638 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 3.4 dəfə, miqdarı isə 2.3 dəfə artıb.

Mənbə: fed.az