Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin sentyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,2 milyard, İrandan 888,3 milyon, Azərbaycandan isə 738 milyon kubmetr təşkil edib.

Sentyabr ayında Rusiyadan Türkiyəyə qaz ixracı 7,9 faiz, İrandan isə 72,5 faiz artıb.

2021-ci ilin sentyabrında Türkiyəyə ümumi qaz idxalı ötən ilin sentyabrı ilə müqayisədə 15 faiz artaraq 4,281 milyard kubmetr təşkil edib. Türkiyə 3,628 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 653 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

Ölkədə təbii qaz istehlakı 2020-ci ilin sentyabrı ilə müqayisədə 23,6 faiz artaraq 4,67 milyard kubmetr təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Hadisə sevgilisi ilə qəzaya düşdü - Huşunu itirib

SONRAKI XƏBƏR

Türkiyədə daha 2 nəfər öldü