Bu il xaricdən daha çox ərzaq almışıq – Dövlət Gömrük Komitəsi

Bu il xaricdən daha çox ərzaq almışıq – Dövlət Gömrük Komitəsi

Bu ilin 10 ayında Azərbaycana 1,5 milyard (1 516 347.54 min) dollar dəyərində yeyinti məhsulları idxal edilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalı ümumi idxalda 16,25 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il yeyinti məhsullarının idxalı üçün təxminən 180 milyon dollar artıq vəsait xərclənib.

Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə 1,3 milyard (1 332 904.19 min) dollar dəyərində yeyinti məhsulu idxal edilib.

Xatirə

Mənbə: bizim.media