Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

 

Bakı, 30 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 447 milyon 460 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 351 milyon 947 min dollar çoxdur.

Cari ilin on ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 272 milyon 494 min dollar olub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İmmunoloq “Omikron” ştamının yayılmasının gözlənilməz yolunu kəşf etdi

SONRAKI XƏBƏR

Əfqanıstanda taliblər İŞİD qruplaşmasının bazasını məhv ediblər