Lirənin vəziyyəti “SOCAR Türkiyə”yə necə təsir edib?

Lirənin vəziyyəti “SOCAR Türkiyə”yə necə təsir edib?

“SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov İstanbulda keçirdiyi mətbuat konfransında lirənin ucuzlaşmasının şirkətə təsirindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, şirkətin lirə ilə çox böyük kredirləri olmadığını və satışların dollarla həyata keçirildiyini bildirib: “Biz lirədən gündəlik mal alıb-satmaq üçün istifadə edirik. Ona görə də təxminən 100 milyon dollarlıq riskimiz var. Bu, şirkət üçün qəbul olunan riskdir. İqtisadiyyatda artış olmalıdır. Türkiyə hökuməti fərqli yolla getdi. Türkiyədə tarixdə görünməmiş eksport var”.

Gülnar Əliyeva

 

Mənbə: qafqazinfo.az