ARDNF valyuta hərraclarındakı satışını 15% azaldıb

ARDNF valyuta hərraclarındakı satışını 15% azaldıb

Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 699,2 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.

Təkcə noyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 853,9 milyon dollar təşkil edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 72,3% çoxdur.

Mənbə: report.az