Tələbə adı qazanan şəhid ailəsi üzvü və qazilərə ödənilən vəsaitin miqdarı açıqlanıb

Bu il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.

Fonddan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə ümumilikdə 54 min manat xərclənib.

Belə ki, indiyədək 27 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb. Onlardan 17-si şəhid ailələrinin üzvü, 10-u isə qazidir.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ata 3 aylıq körpəsini döyüb, lentə aldı

SONRAKI XƏBƏR

Kamil Zeynallı qızını at yarışlarına hazırlayır - “Gülay bunu bacarmazdı” - VİDEO