Vahid Ələkbərov “Aleksandr Nevski” ordeni ilə təltif edildi

Vahid Ələkbərov “Aleksandr Nevski” ordeni ilə təltif edildi

Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko “LUKOIL” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərova “Aleksandr Nevski” ordenini təqdim edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiya mətbuatında yer alıb.

Mənbə yazır ki, həmçinin şirkətin daha 40 əməkdaşı mükafatlara layiq görülüb:

“Şərəf”, “Dostluq”, I və II dərəcəli “Vətənə xidmətə görə” ordenləri. Bundan əlavə, onlara fəaliyyət istiqamətləri üzrə Rusiya Federasiyasının əməkdar işçiləri fəxri adları da verilib. Mükafatlandırma mərasimi şirkətin 30 illik yubileyinə təsadüf edib.

Bizim.Media
 

Mənbə: bizim.media