Bakı, 30 noyabr, AZƏRTAC
Bu il Azərbaycanda ən çox idxal əməliyyatları avqustda aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi avqustda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, avqustda idxal əməliyyatlarının dəyəri 1 milyard 51,6 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin on ayında idxalın dəyəri 9 milyard 333,7 milyon dollar olub.