Türkiyə Zəngəzur dəhlizindən faydalarını açıqladı

Türkiyə Zəngəzur dəhlizindən faydalarını açıqladı

Zəngəzur dəhlizinin açılması Türkiyədən təkcə Azərbaycana deyil, Qafqaz regionunun digər ölkələrinə və Mərkəzi Asiyaya yüklərin daşınmasını asanlaşdıracaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyinin (MÜSAİD) Konya vilayəti üzrə nümayəndəliyinin rəhbəri Məhməd Hilmi Kağnıcı deyib.

O, Naxçıvandan Azərbaycanın qərb rayonları istiqamətində yeni nəqliyyat marşrutunun açılmasının iki ölkə arasında ticarət dövriyyəsinin kəskin artmasına səbəb olacağına əminliyini ifadə edib:

“Ümid edirik ki, iki ölkə arasında Zəngəzur dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq. Ticarət dövriyyəsinin artmasına əsas maneə birbaşa nəqliyyat əlaqələrinin olmamasıdır. Zəngəzur dəhlizinin açılması regiona yük axınını asanlaşdıracaq. Bu dəhliz ticarəti daha rahat və gəlirli edəcək”.

 

Mənbə: axar.az