Bu il Azərbaycan daha çox meyvə-tərəvəz ixrac edib

Bu il Azərbaycan daha çox meyvə-tərəvəz ixrac edib

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 480 min ton meyvə-tərəvəz ixrac edilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, meyvə-tərəvəz ixracının dəyəri 464,7 milyon dollara bərabər olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracından ölkəmizə 17 milyon dollara qədər çox vəsait daxil olub.

Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 467,2 milyonr dəyərində 463,3 min ton meyvə-tərəvəz ixrac edilib.
 

Mənbə: bizim.media