Neft-qaz şirkətləri rəhbərlərinin məvacibləri artıb

Dünyada neft-qaz şirkətlərinin prezident və ya baş direktoru vəzifəsini daşıyan üst rəhbərlərinin məvacibi ötən ilə nisbətən orta hesabla 9 faiz artaraq 3 milyon ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, “Forbes” tərəfindən təqdim edilən şirkət rəhbərlərinin ən yüksək məvacib aldığı sahələrin reytinqində neft-qaz sənayesi birinci yerdədir.

İkinci yerdə qərarlaşan ağır sənaye şirkətlərinin rəhbərlərinin məvacibi 20 faiz artaraq 2,2 milyon ABŞ dollarına, üçüncü yerdə olan telerabitə sahəsi rəhbərlərində isə 46 faiz artaraq 1,9 milyon ABŞ dollarına çatıb.

Kommersiya banklarında rəhbərlərin məvacibi orta hesabla 76 faiz artaraq 1,85 milyon ABŞ dolları, sərmayə banklarında isə 53 faiz artımla 1,6 milyon ABŞ dolları təşkil edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İş adamı keçmiş sevgilisinin gözü qarşısında intihar etdi

SONRAKI XƏBƏR

ÜST üzvləri qlobal pandemiya paktına dair razılığa gəliblər