Dünyanın ən varlı adamlarının yeni siyahısı

Dünyanın ən varlı adamı titulunu “SpeysX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask yenə də özünə qaytarıb.

Axar.az xəbər verir ki, “Blumberq”in tərtib etdiyi siyahıda noyabrda cəmi 2 günə 50 milyard itirən Maskın yenidən sərvətini artırdığı və 311 milyard dollarla planetin ən varlı şəxsi olduğu bildirilib.

İkinci yerdə 201 milyard dollarla “Amazon” sahibi Ceff Bezos, üçüncü yerdə 162 milyard dollarla Bernar Arno ("Louis Vuitton Moet Hennessy”) qərarlaşıb.

Bill Qeyts (Maykrasoft) 135 milyardla 4-cü, Quqlun sahibi Larri Peyc 126 milyardla beşinci olub.

Rusiya milyarderlərinin də bu il ərzində öz var-dövlətlərini artırdığı vurğulanıb. Belə ki, Leonid Mixelson (“Novateka”) 6 milyard qazanıb və sərvətini 30,8 milyarda qaldırmaqla ölkə üzrə birinci yerini qoruyub.

Vladimir Potanin (“Nornikelya”) 30 milyardla ikinci, Aleksey Mordaşov (“Severstali”) 27,2 milyardla 3-cü, Vladimir Lisin (NLMK) 27 milyardla 4-cü olub.

Həmyerlimiz Vahid Ələkbərov isə bu il daha 4,3 milyard qazanıb və sərvətini 21,6 milyarda çatdırmaqla, Rusiyada 5-ci yeri tutub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Kiyevin mərkəzinə minlərlə insan toplaşdı

SONRAKI XƏBƏR

A seriyası: “İnter”dən qələbə, “Roma” “Boloniya” ilə bacarmadı - VİDEO