Ermənistan əhalisinin 47 faizi ət ala bilmir - Bu, aysberqin yalnız görünən hissəsidir

Ermənistan əhalisinin 47 faizi ət ala bilmir - Bu, aysberqin yalnız görünən hissəsidir

2020-ci ildə Ermənistanda yoxsulluğun səviyyəsi 2019-cu illə müqayisədə 0,6% artaraq 27% təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti Statistika Komitəsinin məlumatlarına istinadən yazır.

Eyni zamanda qeyd edilir ki, bu, aysberqin yalnız görünən hissəsidir, ekspertlərin fikrincə, bu rəqəmlər real mənzərəni əks etdirmir.

Qəzetin yazdığına görə, Ermənistan əhalisinin 78%-i ən azı bir həftə evdən kənarda vaxtını keçirə, 68%-i 45 min dram, yəni 92,78 dollar məbləğində gözlənilməz xərcləri kreditsiz ödəyə, 75%-i isə idman zallarına, kinoteatrlara, konsertlərə və digər əyləncə yerlərinə gedə bilmir.

Bundan başqa, Ermənistan əhalisinin 47%-nin hər gün ət, toyuq, balıq yeməyə imkanı yoxdur.

Təxminən 60%-i avtomobil ala, 51%-i ayda ən azı bir dəfə şənliklərə gedə, 42%-i mənzildə lazımi istiliyi təmin edə, 30%-i isə qarderobunu yeniləyə bilmir.
 

Mənbə: bizim.media