Azərbaycan kərə yağının idxalına az xərc çəkdi

Azərbaycan kərə yağının idxalına az xərc çəkdi

 

Azərbaycanda kərə yağının idxalı azalıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu ilin 10 ayında Azərbaycana 12 min 488 ton kərə yağı və süddən hazırlanmış yağlar idxal edilib. İdxal edilmiş kərə yağının dəyəri 64 milyon 574 min dollara bərabər olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kərə yağının idxalı dəyər ifadəsində 2,9 milyon dollara qədər azalıb.

Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə 67 milyon 486 min dollar dəyərində 13 min 707 ton kərə yağı idxal edilib.

Mənbə: bizim.media