Dünyanın ən bahalı şəhərləri AÇIQLANDI

"Economist" jurnalı dünyanın ən bahalı şəhərlərinin siyahısını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Təl-Əviv ən bahalı şəhərlər siyahısında birinci sırada qərarlaşıb.

Araşdırmaya əsasən, Tel-Əviv inflyasiyanın sürətli artımına görə Parisi, Sürixi və ötən ilin birincisi Honq Konqu qabaqlayaraq ən başda qərarlaşıb.

Koronavirus pandemiyasının təsiri ilə əsas mal və xidmətlərin bahalaşması nəticəsində şəhər son bir ildə 5 pillə qalxıb. 173 şəhər arasında Tel-Əvivi Paris, Sinqapur, Sürix və Honq Konq izləyir.

İstanbul isə siyahıda 146-cı yerdə qərarlaşıb. Siyahıda Türkiyədən yeganə şəhər olan İstanbul ötən il 111-ci yerdə idi.

Sübhan ŞƏRİF

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda "Elektron imza" üzrə yeni məhsul yaradılıb

SONRAKI XƏBƏR

Ermənilərin iç üzünü açan Roman Bağdasaryandan yeni XƏBƏR VAR: “Faktları havadan götürmürəm”