“SOCAR Petroleum”un rəhbəri dəyişdi – TƏYİNAT

“SOCAR Petroleum”un rəhbəri dəyişdi – TƏYİNAT

Azərbaycanda böyük yanacaq doldurma məntəqələri şəbəkəsinə malik olan “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyətinin direktoru dəyişib.

 

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Rövşən Həsənov İmran oğlu “SOCAR Petroleum” QSC-nin baş direktoru təyin edilib.

O, bu vəzifədə Toğrul Seyidov Cavad oğlunu əvəzləyib.

“SOCAR Petoleum” QSC 2008-ci ildə yaradılıb, 83 760 900 manat nizamnamə kapitalına sahibdir. Kapitalının 51%-i Dövlət Neft Şirkətinə (SOCAR) və 49%-i isə ABŞ-ın “A.P. International LLC” şirkətinə məxsudur.

Şirkət karbohidrogenlərin emalı və texniki tələblərə cavab verən yanacaq markalarının istehsalı ilə ixtisaslaşıb.

Şirkət neft və qaz məhsullarının qəbulu, daşınması, saxlanılması və satışı ilə məşğuldur.

Həmçinin yanacaq bazası və yanacaq daşıyan yük maşınları parkının təşkili, avtomobillərə texniki xidmətin göstərilməsi, yanacaqdoldurma məntəqələrinin yanında motel, restoran və kiçik marketlərin təşkili ilə də məşğuldur.

Mənbə: fed.az