İsraillə gələcək əməkdaşlıq sahələri açıqlandı

İsraillə gələcək əməkdaşlıq sahələri açıqlandı

İsrail ilə Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir. Rəsmi səfərlər həyata keçirilir. AzVision.az xəbər verir ki, bunu İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, gələcək əməkdaşlıq üçün altı sahə qeyd olunub: "Bunlar su idarəetməsi, kənd təsərrüfatı, səhiyyə ağıllı şəhər, texnologiya və təhlükəsizlikdir. Altıncı yeni sahə yaşıl energetikanı qeyd etmişik. İstəyirik ki, bu sahələrdə də münasibətlərimiz inkişaf etsin".

Pərvanə Sultanova
 

Mənbə: azvision.az