Noyabrda Fransada inflyasiyanın səviyyəsi 2,8 faiz olub

Fransada noyabr ayı üzrə inflyasiya səviyyəsi 2,8 faiz olub. Bunun 2008-ci ildən indiyədək ən yüksək rəqəm olduğu qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) ölkədə inflyasiya səviyyəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, istehlak qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz yenə artacaq. İnflyasiyanın artması il ərzində enerji qiymətləriniin 21,6 faiz artması ilə bağlıdır. Bir il ərzində inflyasiya səviyyəsinin iqtisadçıların proqnozundan yüksək olduğu vurğulanıb.

Şəhla Ağalarova

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Məhəmməd Salah Premyer Liqada yeni rekord müəyyənləşdirib

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul etdi - FOTO