OPEC+ hasilatın artırılması üzrə cari planı qüvvədə saxladı

OPEC+ alyansın hazırkı strategiyasını bir daha təsdiqləyib və yanvar ayında neft hasilatının gündəlik planlaşdırılan 400 min barel həcmində artırmağa davam etmək qərarına gəlib.

Bu barədə OPEC+ nazirlərinin görüşündən sonra yayılan bəyanatda bildirilib.

Alyans, həmçinin hasilat planına əməl etməyən bəzi OPEC+ üzvlərinin tələbi ilə əvvəllər azaldılmamış hasilatın kompensasiya mexanizminin faəliyyətini 2022-ci ilin iyun ayının sonuna qədər uzadıb.

Mənbə: “RİA Novosti”

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Çingiz Hüseynzadə: "Olimpiya komplekslərinin fəaliyyətində dəyişiklik gözlənilir"

SONRAKI XƏBƏR

"Bacıma qarşı əxlaqsızlıq etmişdilər" - Əmisi və oğlanlarını öldürənin şok etirafı - VİDEO