Magistral və ucqar yollarda qışa hazırlıq başa çatıb - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Azərbaycanda magistral və ucqar avtomobil yollarında qışa hazırlıq prosesi başa çatıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, magistral yollarda qışa hazırlıq oktyabrın 1-dən başlanıb.

"Agentliyin xüsusən dağlıq və dağətəyi rayonların ərazisində yerləşən məhdud məsuliyyətli cəmiyyətləri həmin ərazilərdən keçən yollarda nəzarəti gücləndirib. Aşırım hissələrdən keçən yollarda xidmət aparan təşkilatlar öncədən duz-qum ehtiyatları ilə təmin edilib, maşın mexanizmlər hazırlıqlı vəziyyətə gətirilib.

Bakıda hiss olunmasa da, ucqar ərazilərdə artıq noyabr ayından etibarən qar yağmağa başlayıb. Xüsusən də Murovdağ silsiləsindəki yollarda, Ömər aşırımında qarın yağması nəticəsində bəzi problemlər yaranmışdı ki, həmin problemlər də dərhal aradan qaldırılıb" - deyə qurum rəsmisi bildirib.

A.Nəcəfli deyib ki, buna baxmayaraq, sürücülər də qış fəslinə hazır olmalı, avtomobillərini qışa uyğun olaraq hazır vəziyyətə gətirməlidir. Əks halda, bizim tədbirlərimizə baxmayaraq, nasaz avtomobillərlə küçəyə çıxan sürücülər problem yaşaya bilərlər.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin yeni maliyyə nazirindən faizlərlə bağlı - Açıqlama

SONRAKI XƏBƏR

İran-Əfqanıstan sərhəddində toqquşmanın səbəbkarı fermerlərdir?