İnzibati yolla qorunan manatın gücü - Devalvasiya təhlükəsi var?

“Dollara tələbatın artmasının milli valyutaya ciddi təsir edəcəyi gözlənilən deyil”.

Bu sözləri Azərbaycanda vətəndaşların dollara artan tələbatının milli valyutanın ümumi vəziyyətinə mümkün təsirlərini dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, dollara tələbatda artım müşahidə olunsa da, bu vəziyyət manatın dəyərdən düşməsinə səbəb olmayacaq:

“Dollara tələbatın artmasına iki amil təsir edir.

Birincisi, ilin sonu ilə bağlıdır. Hər ilin sonunda əksər insanlar, xüsusən də sahibkarların müqavilələr üzrə müəyyən ödənişlərinin vaxtı çatdığına görə dollar alışına üstünlük verirlər. Çünki ödəniş üsulu dollarla həyata keçirilir. Əksər insanlar isə bayram günlərinə hazırlaşırlar və xarici ölkələrə istirahətə gedirlər.

Digər səbəb isə son zamanlar devalvasiyanın olacağı ilə bağlı yaranan panikadır. Ona görə də müəyyən insanlar dollar almağa can atırlar. Halbuki devalvasiya üçün əsaslı səbəb yoxdur. Bu baxımdan dollara tələbatın artmasının milli valyutaya ciddi təsir edəcəyi gözlənilən deyil”.

Gülşən Şərif

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

MKTB işçiləri niyə tənbeh olundular? – VİDEO

SONRAKI XƏBƏR

“Viktoriya və Albert” Nizamini iranlı, Şirini erməni kimi təqdim etdi - Foto