Şuşa və Ağdamda yeni yanacaqdoldurma məntəqələri tikiləcək

Şuşa və Ağdamda yeni yanacaqdoldurma məntəqələri tikiləcək

"Hazırda Şuşada və Ağdam rayonu ərazisində mövcud modul tipli yanacaqdoldurma məntəqələrinin əvəzinə daimi yanacaqdoldurma məntəqələrinin (YDM) tikilməsi planlaşdırılır". Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib. O bildirib ki, ümumilikdə bütün azad olunmuş ərazilərimizdə YDM-lərin açılması ilə bağlı layihələr nəzərdən keçirilir.

İ.Əhmədov qeyd edib ki, Qubadlı rayonu Eyvazlı kəndində tikilən YDM artıq istifadəyə verilib.

Aytən Zəhra
 

Mənbə: azvision.az