"Fitch" Rusiyanın suveren reytinqini “BBB” olaraq - TƏSDİQLƏYİB

“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli xarici valyutada kredit reytinqini “BBB” investisiya səviyyəsində saxlayıb.

 

FED.az xəbər verir ki, agentliyin açıqlamasında bildirilir ki, xarici valyutada qısamüddətli kredit reytinqi "F2" səviyyəsində təsdiqlənib.

"Rusiyanın "BBB" səviyyəsində kredit reytinqi xarici fiskal balansın sabit səviyyəsi və ÜDM-ə nisbətdə dövlət borcunun aşağı səviyyəsi ilə dəstəklənir", - agentlik bildirib.

Eyni zamanda, Rusiya üçün geosiyasi risklər, zəif idarəetmə, aşağı potensial ÜDM artımı və yüksək resurs asılılığı mövcuddur.

Agentlik həmçinin qeyd edib ki, Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədi boyunca toplanması ilə bağlı xəbərlər ölkənin geosiyasi və sanksiya riskini artırır. Bununla belə, ekspertlərin fikrincə, faktiki işğal ehtimalı qeyri-müəyyən olaraq qalır. Beləliklə, ilkin ssenaridə "Fitch" Ukrayna ilə bu münaqişənin açıq müharibəyə çevriləcəyini gözləmir.

Bununla yanaşı, "Fitch" əlavə sanksiyalar riskini yüksək hesab edir. Ancaq Agentlik ölkənin enerji sektoruna qarşı irimiqyaslı sanksiyaların və ya Rusiya banklarının ABŞ dolları ilə əməliyyatlar aparmasını qadağan edən sanksiyaların mümkün olmadığını hesab edir.

Agentlik həmçinin qeyd edib ki, ABŞ-ın, Rusiyanın rublla ifadə olunan dövlət borcuna qarşı aprel ayında tətbiq etdiyi sanksiyalar az təsirli olub.

"Fitch" 2021-ci ildə Rusiya iqtiadiyyatının daxili tələbin artması ilə 4,4% artacağını, 2022-ci ildə 2,6%-ə qədər yavaşlayacağını proqnozlaşdırır.

Agentlik dekabrda Rusiya Federasiyası Mərkəzi Bankının əsas faiz dərəcəsinin 0,75 baza bəndi artıraraq 8,25%-ə yüksəldəcəyini proqnozlaşdırır. "Fitch" inflyasiyanın 2022-ci ilin sonunda 4,4%-ə düşəcəyini və 2023-cü ildə 4%-lik hədəfə qayıdacağını təxmin edir. (Marja)

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Keçmiş erməni deputat: “Artilleriyaçı oğlanların amansız ölümünə görə Calal Harutyunyan cavab verəcək”

SONRAKI XƏBƏR

Mənimsəmədə ittiham olunan sabiq lisey drektorunun cinayət işinə xitam verildi