Azərbaycanın qara metal ixracından gəlirləri kəskin artdı

Azərbaycanın qara metal ixracından gəlirləri kəskin artdı

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 96 358,43 min ABŞ dolları dəyərində 127 820,7 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə, həcmi isə, demək olar ki, iki dəfə artıb.

Hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,69% təşkil edib.
 

Mənbə: bizim.media