Mənzillərin ən çox bahalaşdığı şəhərlər açıqlanıb

Mənzillərin ən çox bahalaşdığı şəhərlər açıqlanıb

İngiltərədə fəaliyyət göstərən bir daşınmaz əmlak şirkəti tərəfindən aparılan araşdırmada son bir ildə dünyada mənzil qiymətlərinin ən çox artdığı şəhərlər müəyyən edilib.

Cebhe.info xəbər verir ki, aparılan araşdırma nəticəsində dünyada son bir ildə mənzil qiymətlərində yüksək artımın olduğu ortaya çıxıb.

Daşınmaz əmlakda qiymət artımı müşahidə edilən şəhərlərin siyahıda ilk 10-luqda Türkiyənin 3 şəhəri də yer alıb.

55 ölkə və 150 şəhəri əhatə edən araşdırma Böyük Britaniyada yerləşən “Knight Frank” daşınmaz əmlak şirkəti tərəfindən aparılıb.

Mənzil qiymətlərinin ən çox artdığı şəhər 30,8 faiz ilə Kanadanın Halifax şəhəri olub.

Siyahıda 30 faizlik qiymət artımı ilə ikinci yeri İzmir tutub. Son bir ildəki artım tempi İstanbulda 26,4 faiz olduğu halda, Ankarada bu nisbət 25,8 faizdir. Siyahıda 9-cu və 10-cu yerləri iki şəhər tutub.

Siyahıdakı 150 şəhərdən yalnız 11-də qiymətlər ucuzlaşıb.

Maraqlıdır ki, bunların əksəriyyəti İtaliyada yerləşən şəhərlərdir.

Nigar

Mənbə: cebhe.info