Dünya Turizm Təşkilatı: “Turizmlə bağlı vəziyyəti proqnozlaşdırmaq mümkün deyil”

Pandemiya ilə bağlı məhdudiyyətlər bu il turizm sektorunda bərpası çətin itkiyə səbəb olub. Covid-19 paydemiyasına görə tətbiq edilmiş məhdudiyyətlərin bir qismi aradan qaldırıldıqdan sonra sektorda canlanma hiss olunub.

KONKRET.az-ın xəbərinə görə, bu fikirlər Dünya Turizm Təşkilatının Madriddə keçirilmiş iclasında səsləndirilib.

 

Bununla belə, qeyd olunur ki, fəallıq çox ləng və kövrəkdir. Üstəgəl, 2020-ci ildəki ssenarinin təkrarlanması ehtimalı var. Cənubi Afrikada aşkar edilmiş yeni Omicron ştamına görə bir çox ölkə sərhədlərini bağlayıb. Təşkilatın ekspertlərinin fikrincə son hadisələr göstərir ki, vəziyyəti proqnozlaşdırmaq mümkün deyil. Turizm sektoru mümkün iqtisadi ziyanlardan sığortalanmayıb.

Statistikaya görə, cari ildə turizm axınını pandemiyadan əvvəlki səviyyədən 70% aşağı olub. Koronavirus pandemiyasından ən çox zərər görən sektor məhz turizmdir. Builki itkinin 2 trilyon dollar olacağı gözlənilir. Bu da ötənilki itki ilə təxminən eyni səviyyədədir.

Dünya Turizm Təşkilatının məlumatına görə, hazırda 46 ölkə, və ya turizm destinasiyalarının beşdə biri turistlər üçün bağlıdır. Cəmi 5 ölkə bütün məhdudiyyətləri ləğv edib. Yay mövsümündə Türkiyə, Aralıq dənizi regionu və Karib hövzəsi ölkələrinə ciddi turist axını olub. Epidemiyanın yayılması ilə bağlı qeyri-müəyyənliyə görə gələn il üçün turist axınını proqnozlaşdırmaq mümkün deyil.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

İsrailli kişi Netanyahunun arvadını zorlamaqla hədələdi

SONRAKI XƏBƏR

Hindistanda keçi dövlət sənədlərini məhv etdi - VİDEO