Azərbaycanda 5 BOKT-un aktivləri - 15 Milyon Manatdan Çoxdur

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 4-ü (“Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project”) mikromaliyyə bazarına 2021-ci ildə, 4-ü (“Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit”) isə 2020-ci ildə daxil olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, ötən il fəaliyyət göstərmiş 50 BOKT-dan 8-i – “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” illik maliyyə hesabatını açıqlamayıb. Hesabat vermiş qalan 42 BOKT-dan 5-nin aktivləri bu il yanvarın 1-nə 15 milyon manatdan çox olub. Bunlar “Aqrarkredit” (12 229,042 milyon manat), “Embafinans” (34,429 milyon manat), "FİNKA Azərbaycan" (26,204 milyon manat), “Finoko” (24,877 milyon manat) və "M Bulak"dır (15,367 milyon manat). 29 BOKT-un aktivləri 1-15 milyon manat arasında, 8 BOKT-un aktivləri isə 1 milyon manatdan azdır.

***

Həm ötən il, həm də əvvəlki il fəaliyyət göstərmiş 42 BOKT-dan 14-ü ötən il aktivlərini artırıb. Bunlar “MJ Financial Services”, “TCF”, “Birkart”, “Kredex”, “Falcon Finance”, “Brand Credit”, “City Finance”, “International”, “Regional”, “Avrasiya-Kredit”, “Qafqaz Kredit”, “Inkişaf üçün Maliyyə”, “Kəpəz” və “İdeal Kredit”dir. Ən yüksək dinamika “MJ Financial Services”də (12,8 dəfə), ən aşağı dinamika isə “İdeal Kredit”də (1,2%) qeydə alınıb.

Qalan 28 BOKT isə aktivlərini azaldıb. Ən çox azalma “Viza Kredit”də (65%), ən az azalma isə “Azmikroinvest”də (0,1%) qeydə alınıb.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Hara soxulursunuz? MŞ niyə “narahat” olur?

SONRAKI XƏBƏR

Azərbaycanda faciə: maşınla kanala düşüb boğuldular - FOTO/VİDEO