BÖHRAN TƏHLÜKƏSİ OPEK VƏ RUSİYANI VURUR - Neft hasilatı artırılacaqmı?

Neft bazarı üzərinə yenidən pandemiya kölgəsi gəlib və ona görə də əsas istehsalçı ölkələr öz strategiyalarını dəyişməyə məcbur olacaqlar. Çünki koronavirus böhranının yenidən başlanması qiymətlərin bir daha aşağı düşməsinə səbəb olub. Yaranmış mövcud vəziyyətdə neft ixrac edən ölkələr hasilatın tədricən artırılması strategiyasınının həyata keçirilməsini dayandırmaq niyyətindədirlər.

OPEK və onun müttəfiqlərinin vahid planla fəaliyyət göstərəcəkləri ilə bağlı videokonfrans keçirmələrinə baxmayaraq, neftin qiyməti düşməkdə davam edir. ”Omicron” ştamının yayılması dünya iqtisadiyyatının böyüməsinin ləngiməsi və yanacağın nəqlində növbəti “donmalar” baş verəcəyi təhlükəsini yaradır. Brent markalı neftin qiyməti 10 faizdən artıq düşsə də, sonradan yenidən yüksəldi. Amma bu göstərici neftin oktyabrın sonundakı maksimum qiymətindən 15 faiz aşağıdır.

- Strateji ehtiyatlar

Norveçin “Rystad Energy” şirkətinin analitiki Luiza Dikson deyib ki, neftə olan qlobal tələbatın aşağı düşmə təhlükəsi var. Yeni məhdudiyyətlər dalğası 2022-ci ilin birinci rübündə gündəlik istehlak tələbini 3 milyon barrel aşağı sala bilər ki, bu da dünya istehsal həcminin 3%-ni təşkil edir. Koronavirusla bağlı yaranmış sanitar böhranının bərpa edilməsi Ər-Riyad, Moskva və onların müttəfiqlərinin inkar edə biləcəkləri yeganə təhlükə deyil.

Belə ki, ötən həftə ABŞ, Çin və bir neçə digər iri istehlakçı ölkə bildirib ki, onlar öz strateji ehtiyatlarının az bir hissəsini satışa çıxarmağa hazırlaşırlar. Co Bayden, Si Çzinpin və başqaları güclü qiymət sıçramasından və qiymətlərin yeddi ilin maksimumuna çatmasından narahatdılar.

- Vaşinqtonun təzyiqi

Bazara strateji neft ehtiyatının çıxarılması barəsində qərar “omicron” virusunun peyda olmasından öncə məlum idi. Deməli, yaxın aylarda bazara gündəlik 60 milyondan 80 milyon barrelədək əlavə neft daxil olacağı gözlənilir.

Vaşinqton və Pekin neft hasilatını artırmaq üçün OPEK-ə təzyiq göstərmək istəyirlər. Bu, neftin qiymətinin aşağı düşməsinə imkan verər. Hazırda bahalı yanacaqdan həm avtomobil sürücüləri əziyyət çəkir və həm də bu, inflyasiyaya yol açır.

OPEK və onun müttəfiqləri (23 ixracatçı ölkə) qiymətin düşməməsini nəzərə almaq şərtiylə istehsalı tədricən artırmağı planlaşdırırlar. Görəsən, onlar öncədən planlaşdırdıqları kimi yanvarda gündəlik hasilatın həcmini 400.000 min barrel artıracaqlarmı?

- Əlavə arqument

Bəzi ekspertlər hesab edirlər ki, bu strategiya özünü doğrultmayacaq. Dubayda yerləşən “MUFG” bankının analitiki Ehsan Xoman deyib: ”İstehsalın artırılmasında meydana gəlmiş pauza strateji ehtiyatların satılmasına görə elan olunub. ”Omicron” ştamı OPEK üçün yanvarda hasilatın artırılmasına əlavə arqument gətirir”.

Ekspertlərin dəyərləndirmələrinə görə, OPEK özünün hasilat həcmini gələn ilin mart ayına kimi eyni səviyyədə saxlaya bilər. ”Deutsche Bank” da bu ssenariyə üstünlük verir. İsveçrənin “UBS” bankının mütəxəssislərinin fikrinə görə, hasilat artımında fasiləyə yol veriləcək. Digər müşahidəçilər isə bununla razı deyillər. Məsələn, “Citibank” analitikləri hesab edirlər ki, OPEK və müttəfiqləri öncədən planlaşdırdıqları kimi hasilatı 400.000 min barrel artıracaqlar.

- Konsensus

Konsensus tapmaq asan deyil, çünki bəzi ölkələr ixracı artırmaqla öz gəlirlərini yüksəltməyə çalışırlar. Keçən yay Birləşmiş Ərəb Əmirlikləri OPEK strategiyasına uyğun davranmaqdan imtina edib. OPEK-in faktiki lideri Səudiyyə Ərəbistanı üçün təşkilat daxilində yekdilliyin olması çox vacibdir.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

“Taliban” liderlərinin maaşı və Əfqanıstandakı minimum əməkhaqqı

SONRAKI XƏBƏR

Xərçəng riskini artıran hallar məlum oldu