Ötən həftədəki enişdən sonra neftin qiyməti bərpa olunur

Dünya bazarlarında neftin qiyməti əhəmiyyətli artım nümayiş etdirir.

“Report” bazarlara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 2,09% bahalaşaraq, 1 bareli 71,34 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 2,25% artaraq, 1 bareli 67,77 ABŞ dolları təşkil edib.

Ötən həftə “Brent” neftinin, təxminən, 4%, WTI markalı neftin isə 2,77% ucuzlaşmasından sonra dünya bazarlarında neft, təqribən, 2% bahalaşıb. Ucuzlaşmaya səbəb koronavirusun “omikron” ştamının yayılması səbəb olub. Analitiklərin fikrincə, “omikron” ştamının peyda olması dünyada enerji daşıyıcılarına olan tələbin perspektivlərini təhlükə altına alıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gələn il ARDNF-in büdcəsində 2,2 milyard manat kəsir yaranacağı gözlənilir

SONRAKI XƏBƏR

İngiltərəni silkəyən araşdırma: Consonla bağlı şok faktlar üzə çıxdı