Bu gündən Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayır

Bu gündən Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayır

Bu gün Şamaxıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayacaq.

Bu, Azərbaycanda fəaliyyət göstərən sayca 14-cü “KOB Dostu” olacaq.

Qeyd edək ki, hazırda ölkə üzrə formalaşdırılmaqda olan KOB Dostları şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. KOB Dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilib. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilir.

KOB Dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsindən ibarətdir. Bu istiqamətdə fəaliyyət, bir tərəfdən mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, bu dəstəklərə KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, digər tərəfdən Agentliyin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönəlib. “KOB Dost”larının fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasinda yerində operativ həlli nəzərdə tutulur.

“KOB Dost”larının fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin həyata keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan “KOB Dost”ları onların inkişaf eytiyaclarını sorğular vasitəsilə öyrənir. Eyni zamanda, KOB dostları vasitəsilə yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqi aparılır.

Mənbə: marja.az