Larinin ucuzlaşması manata təsir edə bilərmi? – Açıqlama

Larinin ucuzlaşması manata təsir edə bilərmi? – Açıqlama

Siyasi proseslərin gərginləşdiyi Gürcüstanda ölkənin milli valyutası olan lari 17 faiz dəyər itirib.

Qonşu ölkə valyutasının ucuzlaşmasının Azərbaycan manatına iqtisadi təsirləri olmasa da, psixoloji təsirlərinin olacağı ehtimalı var. Bir sıra banklar artıq dolları əvvəlkindən cuzi baha təklif edirlər. Bu da qarşıdakı aylarda ölkəmizdə də dolların bahalaşa biləcəyi ilə bağlı gözləntilər doğurur.

İqtisadçı Razi Abbasbəyli isə Cebhe.info-ya açıqlamasında bildirib ki, Gürcüstanda larinin dəyər itirməsi bu ölkədə baş verən siyasi və iqtisadi gərginliklə yanaşı, həm də psixoloji təsirin nəticəsidir: “Gürcüstan qonşu ölkə olsa da, bu proseslərin Azərbaycana hər hansı mənfi və ya müsbət təsiri yoxdur. Bu məhz Gürcüstanın daxili iqtisadiyyatı ilə bağlı olan tendensiyadır. Hesab edirəm ki, Azərbaycanda xarici və yerli valyuta arasında kordinal dəyişiklik yoxdur. Hələ ki, manat dollar və ya xarici valyutalar qarşısında dəyər itirməyib, yaxın aylarda da bu gözlənilmir. Baş verənlər Gürcüstan iqtisadiyyatı üçün spesifik olan proseslərdir və onların Azərbaycana təsiri gözlənilmir”.

Xatirə Nəsirova

Cebhe.info

 

Mənbə: cebhe.info